Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və 15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Qurtuluş yürüşü 2023" adlı marafon keçiriləcək.




15 iyun 2023-cü il tarixdə, saat 09:00-da Masallı Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü, Masallı Rayon İcra Hakimiyyətinin, YAP Masallı Rayon Təşkilatının,  Azərbaycan Atletika Federasiyasının, Bakı Marafon Klubunun və Masallı Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və 15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Qurtuluş yürüşü 2023" adlı marafon keçiriləcək.
Marafon yürüşü Masallı rayonu Heydər Əliyev parkında yerləşən Masallı şəhər 11 İllik İncəsənət Məktəbinin qarşısından start götürəcək. Marafonun marşrutu: Masallı şəhər 11 illik İncəsənət Məktəbi - Səfəralı Məmmədov küçəsi - İntiqam Əsgərli küçəsi - Bakı prospekti - Zərifə Əliyeva küçəsi - Dadva küçəsi - Heydər Əliyev prospekti - Bakı prospekti - Zərifə Əliyeva küçəsi - Qarabağ küçəsi - Heydər Əliyev prospekti boyunca hərəkət edərək - Heydər Əliyev parkı.
Yürüşdə iştirak etmək istəyənlər 15 iyun 2023-cü il tarixində, saat 08:30-da Masallı rayon Heydər Əliyev parkında yerləşən yay səhnəsinin qarşısında olmalıdır.
Masallı sakinlərini və rayonumuzun qonaqlarını "Qurtuluş yürüşü 2023" marafon yürüşündə iştirak etməyə dəvət edirik.

Oxunub: 140
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az