Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan U-17 yeniyetmələr arasında cüdo üzrə Təhsil Kuboku keçiriləcək.
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan U-17 yeniyetmələr arasında cüdo üzrə Təhsil Kuboku keçiriləcək
Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə 17 yaşa qədər yeniyetmə oğlanlar arasında Təhsil Kuboku keçiriləcək.
9-10 iyunda baş tutacaq yarışlarda Azərbaycan, Çexiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Macarıstan, Niderland, Polşa, İsveç, Slovakiya və Latviya olmaqla 11 ölkədən 500-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq turnirdə 8 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Oxunub: 137