Mayın 31-də Azərbaycanın Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinovanın 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.
MOK-un inzibati binasında keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Olimpiya çempionları, veteran idmançılar, federasiya nümayəndələri və yubilyarın ailə üzvləri iştirak ediblər. Çıxış edənlər ölkə idmanının inkişafında Zemfira Meftahətdinovanın xidmətlərini yüksək qiymətləndirib, yubilyarı təbrik ediblər.
Tədbirin təşkilini özü üçün böyük hədiyyə adlandıran Zemfira Meftahətdinova qazandığı nailiyyətlərə görə məşqçilərinə minnətdarlığını bildirib.
Oxunub: 153