Zemfira Meftahətdinova - 60




Zemfira Meftahətdinova - 60
Bu gün Olimpiya çempionu, Əməkdar bədən tərbiyəsi və idman xadimi Zemfira Meftahətdinovanın 60 yaşı tamam olur.
Z.Meftahətdinova 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub. O, 2015-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi, 2021-ci ildən Azərbaycan Atıcılıq Federasiyasının və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. Karyerası ərzində Zemfira Meftahətdinova dünya və Avropa çempionatlarında da dəfələrlə uğurlara imza atıb, beş dəfə Avropa çempionu, 1995 və 2001-ci illərdə isə dünya çempionatlarının qalibi olub.
Müxtəlif illərdə Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Şöhrət" ordeni, "Tərəqqi" medalı, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilib, "Əməkdar bədən tərbiyəsi və idman xadimi" adına layiq görülüb.

Oxunub: 275
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az