Çempionatda Abşeron güləşçisi Azərbaycan bayrağını bir daha dalğalandırıb, himnimizi səsləndirib.





Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir. Çempionatda Abşeron güləşçisi Azərbaycan bayrağını bir daha dalğalandırıb, himnimizi səsləndirib.
Beşinci yarış günündə 55 kq çəki dərəcəsində yer alan sərbəst güləş üzrə Abşeron Güləş Məktəbinin yetirməsi Hacı Kərimov əvvəlcə türkiyəli Hacı Zadəyə tam üstünlüklə qalib gəlib - 10:0. 1/4 finalda rusiyalı İbrahimhacı Maqomedovla görüş gərgin mübarizə şəraitində keçib. Yekunda 12:10 hesablı qələbə Kərimovu yarımfinala daşıyıb. Milli üzvü yarımfinalda fransalı Ubayda İtayevə heç bir şans tanımayaraq (12:0) adını finala yazdırıb. Hacı həlledici görüşdə ermənistanlı Samvel Gevorqyanla üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən Kərimov tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

Oxunub: 167
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az