Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI: 29 may - 4 iyun
Abşeron rayonu
- "Heydər Əliyev İli"nə həsr olunmuş kapoeyra üzrə respublika çempionatı - 3-4 iyun, saat 10:00 (Abşeron Olimpiya İdman Kompleksi).
Ağcabədi rayonu
- "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş taekvondo, kikboksinq, boks və şahmat idman növləri üzrə nümunəvi çıxışlar - 1 iyun, saat 9:00 (Ağcabədi rayon Heydər Əliyev Parkı).
Ağdaş rayonu
- "Heydər Əliyev İli"nə həsr olunmuş gənclər arasında veloyürüş - 2 iyun (Ağdaş Olimpiya İdman Kompleksi).
Ağsu rayonu
- "15 İyun - Milli Qurtuluş Günü" nə həsr olunmuş basketbol üzrə qızlar arasında rayon birinciliyi - 2 iyun, saat 10:00 (4 saylı tam orta məktəb).
Balakən rayonu
- "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş bağçalar arasında şən start oyunu - 1 iyun, saat 11:00 (4 saylı uşaq bağçası).
Gəncə şəhəri
- “Heydər Əliyev İli”nə həsr olunmuş sürətli atletika yarışı - 28 may, saat 10:00 (Heydər Əliyev Park Kompleksi);
- "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş 2012-2015-ci illər arasında cüdo üzrə Gəncə İdman Klubunun açıq birinciliyi - 2 iyun, saat 10:00 (Gəncə İdman Klubu).
Goranboy rayonu
- Minifutbol üzrə Goranboy şəhər kuboku - 29 may - 4 iyun, saat 19:00-22:00 (Goranboy Olimpiya İdman Kompleksi).
Göyçay rayonu
- "28 May - Dövlət Müstəqilliyi Günü"nə həsr olunmuş 6, 8, 10, 12, 14, 16 azyaşlı və yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi - 29 may - 4 iyun, saat 10:00 (Uşaq Gənclər Şahmat Məktəbi);
- "28 May - Dövlət Müstəqilliyi Günü"nə həsr olunmuş voleybol üzrə təşkilatlararası rayon birinciliyi - 1-4 iyun, saat 17:00 (Şəhər stadionu).
Xocavənd rayonu
- Gənclər arasında qol güləşi üzrə Xocavənd rayon birinciliyi - 30 may, saat 17:30 (Bayraq Meydanı).
İsmayıllı rayonu
- “Atletika hamı üçün” devizi altında idman çıxışları - 2 iyun, saat 10:00 (Lahıc qəsəbəsi).
Qax rayonu
- "Sağlam həyat" günləri çərçivəsində 16-17 yaşlı yeniyetmələr arasında birincilik - 3 iyun, saat 10:00 (Şəhər stadionu).
Qəbələ rayonu
- "Sağlam həyat" günləri çərçivəsində yeniyetmələr arasında atletika üzrə rayon birinciliyi - 2 iyun, saat 10:00 (Qəbələ Olimpiya İdman Kompleksi).
Quba rayonu
- Sambo üzrə nümunəvi çıxışlar - 2 iyun, saat 11:00 (Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı).
Lənkəran şəhəri
- "Heydər Əliyev İli"nə həsr olunmuş yunan-Roma güləşi üzrə açıq rayon turniri - 27-29 may, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- "28 May - Müstəqillik Günü"nə həsr olunmuş şahmat üzrə rayon turniri - 27-29 may, saat 10:00 ("Təhsil" RİM-in Lənkəran şəhər UGİŞM PHŞ-nin şahmat zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Gimnastika hamı üçün" açıq əyləncəli idman tədbiri - 3 iyun, saat 10:00 (Heydər Əliyev xatirə parkı).
Oğuz rayonu
- Stolüstü tennis üzrə yeniyetmələr arasında rayon birinciliyi - 2 iyun, saat 10:00 (Mədəniyyət Mərkəzi).
Salyan rayonu
- "Heydər Əliyev İli"nə və "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş ümumtəhsil şəhər məktəbləri arasında voleybol üzrə rayon birinciliyi - 1 iyun, saat 10:00 (9 saylı tam orta məktəb);
- "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş cüdo üzrə azyaşlılar və yeniyetmələr arasında açıq rayon birinciliyi - 3 iyun, saat 11:00 (Salyan Olimpiya İdman Kompleksi).
Samux rayonu
- "Heydər Əliyev İli"nə həsr olunmuş idarə, təşkilat və müəssisələr arasında dama üzrə rayon birinciliyi - 31 may, saat 10:00 (YAP-ın binası).
Sumqayıt şəhəri
- "Sağlam həyat" lahiyəsi çərçivəsində futbol üzrə tədbir - 31 may, saat 17:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- “Uşaq hüquqları aylığı”na həsr olunmuş şahmat üzrə tempo turniri - 3 iyun, saat 15:00 (“Təhsil” RİM-in Sumqayıt şəhər 2 saylı UGİŞM).
Şabran rayonu
- Atletika (400 m estafet) üzrə rayon birinciliyi - 1 iyun, saat 15:00 (Şabran şəhər Mərkəzi stadionu).
Şəki şəhəri
- "Heydər Əliyev İli"nə həsr olunmuş Azərbaycan savat döyüş növləri üzrə Şəki çempionatı - 2 iyun, saat 10:00 (Şəki Olimpiya İdman Kompleksi).
Şəmkir rayonu
- Uşaq və yeniyetmələr arasında otüstü hokkey üzrə turnir - 2 iyun, saat 10:00 (Şəmkir Olimpiya İdman Kompleksi).
Yevlax şəhəri
- "Heydər Əliyev İli"nə həsr olunmuş kənd bələdiyyələri arasında futbol üzrə rayon turniri (qrup mərhələsi, oyunlar davam edir) - 30 may - 2 iyun, saat 16:30 (Yevlax şəhər Mərkəzi stadion).
Zərdab rayonu
- Cüdo üzrə ustad dərsləri - 1 iyun, saat 15:00 (Yarməmmədbağı kənd tam orta məktəbi).
Oxunub: 148