Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatı çərçivəsində möhtəşəm Qala gecəsi keçirildi.





Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatı çərçivəsində möhtəşəm Qala gecəsi keçirildi.
Heydər Əliyev Mərkəzində təşkil edilmiş tədbirdə Dünya Taekvondosunun prezidenti Çunqvon Çu, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Ser Miang Ng və müxtəlif ölkələrdən rəsmilər iştirak etdi. Gecənin sonunda 28 may 1973-cü ildə keçirilmiş ilk baş assambleyada iştirak edən qurucu üzv milli assosiasiyaların prezidentləri, əvvəlki olimpiadaların və paralimpiadanın ən yaxşı kişi, qadın idmançıları mükafatlandırıldı.
Mayın 29-da Bakı Kristal Zalında yenidən unudulmaz anlara şahid olduq. Dünya çempionatının yarımfinal və final qarşılaşmaları öncəsi rəsmi açılış mərasimi keçirildi. 
Açılış mərasimində xalq artistləri Röya Ayxan və Natiq Şirinov öz qrupu ilə çıxış etdi. Sonda Koreyanın "World Taekwondo Demostration Team" qrupu möhtəşəm çıxışı ilə hər kəsi heyran etdi.

ATF.

Oxunub: 160
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az