Dünya çempionatında ilk gün başa çatıb.




Dünya çempionatında ilk gün başa çatıb.
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında ilk günə yekun vurulub. Mundialda 2 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. 
Kişi taekvondoçular arasında 68 kq çəkidə dünya çempionu tituluna böyük britaniyalı Bredli Sinden yiyələnib. O, finalda cənubi koreyalı Ho-jun Jini məğlub edib. Matin Rezayi (İran) və Ulubek Raşitov (Özbəkistan) bürünc medala sahib olublar. 
Bu çəkidə dayanq üzərinə çıxan Cavad Ağayev 1/16 finalda mübarizəni dayandırıb. 
Qadınlar arasında 57 kq-da Luana Marton (Macarıstan) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Çia-Linq Lo (Tayvan) gümüş medal əldə etdiyi halda, Kubra İlgin (Türkiyə) və Mariya Paçeço (Braziliya) 3-cü olublar. 
Qeyd edək ki, dünya çempionatının ikinci günü kişi idmançılar 58 kq-da, qadınlar 67 kq və 73 kq-da medalçıları müəyyənləşdirəcəklər.

ATF.

Oxunub: 221
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az