"Heydər Əliyev İli" çərçivəsində rayonun təhsil işçiləri arasında şahmat üzrə rayon birinciliyi keçirildi.





07 aprel 2023-cü il tarixində Şamaxı rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində Dağlıq Şirvan Regional Təhsil İdarəsi Şamaxı rayon Təhsil sektorunun və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və "Heydər Əliyev İli" çərçivəsində rayonun təhsil işçiləri arasında şahmat üzrə rayon birinciliyi keçirildi. Yarışda 40 nəfərə yaxın təhsil işçisi iştirak etmişdir. Gərgin və maraqlı idman mübarizəsindən sonra 1-ci yerə Sabir Ağayev - Şirvan kənd tam orta məktəbin riyaziyyat müəllimi, 2-ci yerə Oktay Əsgərov - Şamaxı şəhər 10 saylı tam orta məktəbin hərbi rəhbəri, 3 - cü yerə Gülgün Həşimova - Çarhan kənd tam orta məktəbin tarix müəllimi layiq görüldülər. Sonda qaliblər Şamaxı rayon Təhsil sektorunun Fəxri Fərmanı, ATİAHİ Şamaxı Rayon Komitəsinin Fəxri Fərmanı və pul mükafatı ilə mükafatlandırıldılar. Qalibləri təbrik edirik!

Oxunub: 141
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az