

Şamaxıda “Reqbi Union” üzrə ölkə birinciliyi keçirilib.
15 mart 2026-cı il tarixində Azərbaycan Reqbi Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Reqbi Union” idman növü üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçirilib.
Yarış Şamaxı Olimpiya Mərkəzində təşkil olunub. Respublikanın müxtəlif bölgələrindən olan komandalar turnirdə iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda komandalar yüksək əzmkarlıq və komanda ruhu nümayiş etdiriblər. Turnirin nəticələrinə əsasən UDA Şamaxı Olimpiya Mərkəzinin komandası uğurlu çıxış edərək ikinci yerə layiq görülüb. Bu nəticə komandanın hazırlığının və gənc idmançıların böyük potensialının göstəricisi kimi qiymətləndirilib.
Qeyd edək ki, ölkə birinciliyinin keçirilməsində əsas məqsəd respublikada reqbi idman növünün inkişaf etdirilməsi, yeniyetmələr arasında sağlam həyat tərzinin təşviqi və perspektivli idmançıların üzə çıxarılmasıdır.
Oxunub: 88
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az