Test sualları danışır, məntiq isə kənarda siqaret çəkir...




Test sualları danışır, məntiq isə kənarda siqaret çəkir...
Son illər imtahan testləri elə bir səviyyəyə çatıb ki, şəxs  bilmədən düşünür ki, bu sualları hazırlayan komissiya imtahan otağında yox, fantaziya otağında toplaşıb. Suala baxırsan, sual sənə baxır, amma ikiniz də nə baş verdiyini anlamırsınız.
Məsələn, sual qoyulub ku;
- Atam odun doğrayır, yoxsa adam.
Bu sualı oxuyandan sonra şagirdin biliyi yoxlanmır, psixoloji dözümü ölçülür. Çünki burada artıq riyaziyyat, dil qaydası, məntiq yox, fəlsəfi böhran başlayır. Şagird öz-özünə sual verir ki, mən imtahana gəlmişəm, yoxsa həyatın mənasını axtarmağa.
Belə suallarla böyüyən nəsil sabah dərsdə müəllimdən soruşaca ki;
- Müəllim, cavab a-dır, yoxsa sualın özü.
Test hazırlayanlar isə yəqin ki, bu sualları tərtib edərkən belə düşünürlər ki, qoy bir az qarışdıraq, görək uşaqlar nə edir. Amma məsələ burasındadır ki, qarışan uşaqlar yox, məntiqin özüdür. Əslində test sualı fantaziya müsabiqəsi deyil. Burada məqsəd şagirdin bildiyini ölçməkdir, xəyal gücünü yox. Fantaziya lazımdırsa, onu ədəbiyyat dərsinə buraxaq, imtahan kağızına yox.
Bəlkə də vaxtdır ki, test hazırlayan qurumlar sualları hazırlamazdan əvvəl özləri həmin testdən keçsinlər. Əgər sualı oxuyub mən nə yazmışam... deyirlərsə, deməli problem artıq tapılıb.
Çünki təhsil ciddi məsələdir. Təhsil zarafat obyektinə çevriləndə, gələcək nəsil də zarafat kimi yetişir.

Alxas Məmmədov.

Oxunub: 126
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az